17 Dekabr tarixində Türkiyənin Bursa şəhərində, ölkənin əsaslı foto müsaqibələrindən olan 18. Orhan Holding beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. Builki mövzusu “Sevinc” olan müsabiqə Rəngli, Ağ-qara və Eksperimental olaraq 3 kateqoriya üzrə
idi. Eksperimental üzrə 302 iştirakçıdan 988, Rəngli üzrə 907 iştirakçıdan 3216 və Ağ-qara üzrə 674 iştirakçıdan 124 fotonun uyğun olduğu görülmüş və jüri tərəfindən qiymətləndirilmişdir. 3 tur qiymətləndirmə nəticəsində hər kateqoriyadan 26 əsər finala qalaraq onlardan 15-i müxtəlif mükafatlar, 11-i isə sərgidə nümayiş qazanmış oldu.

Ninecim Sanatevində baş tutan tədbirdə hər kateqoriyadan 26 foto sərgilənərək qonaq və iştirakçılara təqdim olundu. Tədbir açılışında ilk çıxışı edən İbrahim Zaman sərgilənən fotolardan bəhs etdi. Ardınca söz verilən TFSF İdarə heyətinin sədri Dr. Sefa Ulukan uzun illərdir davam edən bu müsabiqənin əhəmiyyətindən danışdı. Daha sonra mükafat alan fotoqraflar səhnəyə dəvət olunaraq mükafatları təqdim olundu.

Müsabiqədə mükafat alan fotoqraflardan biri, Azərbaycandan Nurlan Tahirli olmuşdur. Onun Ağ-Qara kateqoriyasında “Vykrik” əsəri “TFSF Mention” mükafatına layiq görülmüşdür. Mükafatı elə TFSF-nin idarə heyətinin sədri Dr.Sefa Ulukan özü təqdim edərək təbrik etdi. O an səhnədə ikən, tədbirin aparıcısı Nurlan Tahirlidən bir qalib olaraq bir şəkil çəkməsini istəyir. Bu gözlənilməz olduğu qədər çox xoş olur. İzləyicilər alqışlayarkən səhnədən onları çəkir.

Mükafat və sərgidə nümayiş qazanmış fotolar 2023-ci il Yanvar-Mart aylarında Bursanın müxtəlif yerlərində, Aprel ayında isə İstanbul-da sərgilənəcək.

Fotolar: Nurlan Tahirli

Leave a Reply