1992-ci il aprel ayının 10-da Tərtər batalyonu Qarabağ müharibəsi tarixinə “Marquşavan əməliyyatı” adı ilə daxil olan döyüşə başlayıb. Davam edən döyüşdə hərbçilərə rayonun polis şöbəsinin əməkdaşları və mülki vətəndaşları da kömək edib. 1-ci Qarabağ müharibəsi və Aprel döyüşləri zamanı Şıxarx (Markuşevan) Ermənistan silahlı birləşmələri tərəfindən ən çox artilleriya atəşinə məruz qalan, kəndlər sırasındadır. Onlar daha çox mülki əhalini atəşə tutub, atdıqları mərmilərdən evlərini dağıdıblar. Fotolarda əks olunan dağıdılmış evlərin əksəriyyəti 1-ci Qarabağ müharibəsinə təsadüf edir. Bəziləri isə Aprel müharibəsi zamanı yararsız hala düşüb. Qəsəbədə Kəlbəcər və Laçın rayonundan olan 20-30 qaçqın ailəsi məskunlaşıb. Hazırda Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Fotolar Famil Mahmudbəylinin obyektivində:

Leave a Reply