Abşeron Milli Parkı-Absheron National Park-nın 19 illiyi münasibətilə Şah dili ərazisində Aydin Mehdiyevin “Təbiətə dost ol” adlı fərdi fotosərginin açılışı baş tutdu.
Bu sərgi qorumağa və gələcək nəsillər üçün qorumağa borclu olduğumuz ölkəmizin təbii gözəlliklərini və irsini göstərir.
Sərgidə təqdim olunan əsərlərdə fotoqraf Aydın Mehdiyev öz kadrlarında sənədli çəkilişdən uzaqlaşır və emosional təəssüratları nümayiş etdirməyə çalışır. Sərgidə təqdim olunan bəzi kadrlarda fiqurlara və onlar üçün nəzərdə tutulan fona bölmə yoxdur, təbii landşaftda artıqlıq olmadığı kimi boşluq və natamamlıq hissi yoxdur.
Abşeron Milli Parkı-Absheron National Parkı tərəfindən Azərbaycan Fotoqrafları Birliyi – AFB-nin və Forest School Azerbaijanın dəstəyi ilə təşkil olunmuş bu sərgi ayın 18-dək davam edəcək.

Leave a Reply