Nizami kino Mərkəzində 29 Dekabr 2021-ci ildə Azərbaycanın əməkdar rəssamı , Azərbaycan Fotoqrafları Birliyinin fəxr üzvü Albert Mustafayevin 90 illik yubileyinə həsr olunmuş “Susan insanın heykəlləri” adlı sənədli portret filmin nümayiş olundu. Filmin nümayişindən əvvəl foyedə Albert Mustafayevin yaradıcılıqında  xüsusi yer olan onun çəkdiyi Azərbaycanın incəsənət adamlarının portretlərindən ibarət fotosərgi nümayiş olundu.

Filmin nümayişindən qabaq Şəki rayonundan olanMilli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə xanım Məmmədova, Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsən oğlu onun həyat yolundan və yaradıcılıqndan  danışdılar.

Albert Mustafayevə xatirə hədiyyələri təqdim olundu.

Filmin rejissoru və ssenari müəlifi Yeganə Əbdülməmmədova, operator Habil Muğanlı, prodüser Namiq Hüseynovdur.

Fotolar Fəxrəddin Məmmədovundur.

Leave a Reply