Azərbaycan Fotoqrafları Birliyi və SportingAZ atıcılıq mərkəzinin təşkilatçılığı ilə 21 Avqust 2016-cı il tarixində fotoqrafiyanın  yaranmasının 177 illiyi münasibətilə Dünya Fotoqrafiya gününə həsr edilmiş “Sporting” atıcılığı üzrə turnir keçirilmişdir. Turnirdə Azərbaycan Fotoqrafları Birliyinin üzvləri və qonaqlar iştirak etmişdir. Yarışın nəticələrinə görə 1-ci yeri Rüfət Abas, 2-ci yeri Fuad  Babayev , 3-cü yerləri isə  Mirnaib Həsənoğlu,Vüqar İbadov, Fərhad Əhmədov tutmuşdur. Səfiyar Məcnun isə hec bir hədəfi vura bilmədiyi “sülhsevər atıcı”adlı  xüsusi mükafata   layiq görüldü. Yarışın qalıbləri SportingAZ atıcılıq mərkəzi tərəfindən simvolik hədiyyələrlə təltif edilmişdir.

Fotoqrafiya prosesi fransız ixtiraçıları JosephNicèphoreNièpce və  Louis Daguerre tərəfindən 1837-ci ildə icad edilib. 1839-cu ildə Fransa Elmlər Akademiyası bu prosesə daqerotip (daguerreotype ) adı verib. Məhz 1839-cu il avqustun 19-da Fransız hökuməti icad edilmiş və fotoqrafiyanın əsası olan daqerotip prosesinin patentini pulsuz olaraq bütün dünyaya açıq elan edib. Bununla bağlıDünya Fotoqrafiya Günü hər il avqust ayının 19-u qeyd olunur.

Leave a Reply