Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaşlığı ilə 8 noyabr 2016 tarixində “Sərhədsiz Azərbaycan” Foto-forum həyata keçirildi. Həyata keçirilən forum Azərbaycanın mədəni-irsinin, sosial-iqtisadi inkişafının, eləcədə Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasında həvəskar və peşəkar fotoqrafların rolunun artırılmasına xidmət etməyi nəzərdə tutulmuşdu. Forum “Azərbaycan haqda sözsüz həqiqətlər: Danışan Fotolar” mövzusunda plenar sessiya ilə başladı. Peşəkar fotoqrafların moderatorluğu ilə foto-jurnalist ekspertlərin mövzu ətrafında geniş diskusiyası təşkil olunmuşdu. Forum həvəskar fotoqraflar üçün praktik sesissayalarla işini davam etdirdi. Praktiki sessiyalar “Müharibə şəraitində fotomüxbirlik”, “Azərbaycan mədəni irsi yaşayan tarix”, “Azərbaycanın sosial-iqtisadi inkişafı nümunə model” mövzularında təşkil olunmuşdur.

Tədbir Azərbaycan Respulikası Dövlət Himinin səslənməsi ilə başladı. İlk çıxış millət vəkili Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərova həvalə edildi. O, fotoqrafiyanın ölkəmizdəki durumu, çağdaş fotoqrafiyanın insan  həyatına təsiri və eləcə də foto-forumun idealoji məzmun kəsb etməsi və müsbət təsirindən danışdı.

İkinci çıxış zamanı söz Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətova verildi. Faiq bəy ölkəmizin gözəl məkanlarının fotoqrafiya vasitəsi ilə təbliğatının gücləndirilməsindən, yüksək səviyyədə aparılmasından danışdı və bu təbliğatın əhəmiyyətindən söhbət açdı.

Növbəti çıxışı layihə tərəfdaşı Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu etdi. Sədr fotoqrafiya tarixi, Azərbaycanda ilk fotoqrafiyadan, fotoqrafiya sənətinin Azərbaycan tarixinə təsiri və tarixin yazılmasında mühüm yerini vurğuladı.

Bundan  sonrakı çıxış Bakı şəhər Gənclər və İdman Baş idarəsi sektor müdiri Gündüz Vəliyev tərəfindən həyata keçirildi. Gənclərin fotoqrafiyaya marağı və bu səmtdə görülən işlərdən danışdı.

Plenar sessiyayanın ilk mövzusu “Azərbaycan haqda sözsüz həqiqətlər: Danışan Fotolar”, mövzu seksiyası: Müharibə şəraitində fotomüxbirlik oldu. Bu mövzuya dair ilk çıxışı foto-müxbir, fotoqraf Vüqar İbadov öz fotoları ilə hayata keçirdi.

Növbəti çıxış Qarabağ müharibəsi zamanı foto-müxbir kimi fəaliyət göstərmiş, qocaman fotoqraf, Qarabağ qazisi Əli Qafarova verildi. O öz növbəsində müharibə zamanı şəraitdən, müharibə fotolarının lentə alınması, maraqlı anlardan danışdı. Fotoqrafın şəxsi arxivindən fotolar nümayiş edilidi.

Fotoqraf Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fotomüxbiri Natiq İsayev çıxışda öz yerini alaraq, aprel döyüşlərində çəkilişdən, çəkiliş zamanı təhlükəsizliyin gözlənilməsi, bu cür şəraitdə çəkilən fotoların məxfiliyinin qorunması haqqında söhbət açdı.

Çıxışlar zamanı fotoqraflara forum iştirakçıları tərəfindən suallar ünvanlandı və onları maraqlandıran mövzular haqqında məlumat əldə edə bildilər.

Plenar sessiyanın birinci hissəsinin bitməsi və ümumən sessiya, onun gedişatı haqqında forum rəhbəri Pəri Bəndəliyeva qısaca informasiya verdi.

Forumun ikinci hissəsi 2015-ci il üçün “İlin Fotoqrafı” nominasiya qalibi Rüfət Abas “Azərbaycanda sosial-iqtisadi inkişaf nümunə model: Azərbaycan uğurları fotolarda” mövzusunda çıxış edərək, son illərdə ölkəmizdə baş tutmuş mötəbər, beynəlxalq yarışlarda çəkilmiş uğurlu kadrlarını təqdim edərək, bu fotolar haqqında ətraflı söhbət açdı. Rüfət Abasa bu mövzuya dair ünvanlanmış suallar cavablandırıldı.

Növbəti çıxışda Azərbaycan Fotoqrafları Birliyinin sədr müavini Rauf Umudov tərəfindən“Azərbaycanın mədəni irsi yaşayan tarix” mövzusunda fotolarda multukultural dəyərlər haqqında danışdı.

Sərhədsiz Azərbaycan foto-forumunun ikinci günü bir ay müddətində keçirilən fotomüsabiqədə qalib olan  fotoqrafların, Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayan fotolarından ibarət sərgisi təşkil olunacaq.

Bu layihənin əsas məqsədi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında foto-jurnalistlərin rolunu artırmaqdır.

elxan-qaniyev12 elxan-qaniyev11 elxan-qaniyev10 elxan-qaniyev9 elxan-qaniyev8 elxan-qaniyev7 elxan-qaniyev6 elxan-qaniyev5 elxan-qaniyev4 elxan-qaniyev3 elxan-qaniyev2 elxan-qaniyev1

Leave a Reply