3 iyul 2019 il taninmiş fotoqraf, Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü Paşa Təbrizlinin “SƏN MƏNİM TANRİM DEYİLSƏN” adli kitabinin imza günü,Azərbaycan Yazicilar birliyində baş tutdu.Tədbirdə Azərbaycanın taninmiş simalari Xalq artisti Eldost Bayramov, Aşiq Ulduz, Arif Əsədullayev, Mirnazim Əsədullayev,Fəxrəddin Salim,şair Zeynəb Bəhmənli,Fotoqraf Mahir Əhmədov və başqa qonaglar iştirak etdilər.Kitabin layihə rəhbəri Xəyal Rizaya, ön söz Xalq şairi Fikrət Qocaya aiddir.Kitabda Paşa Təbrizlinin şeirləri yer almişdir.Bundan öncə “İran, Azərbaycanın cağdaş simalari” adli foto kitabi və “İsmayil olmayacaqsan” adli şeir kitabi İranda cap olunmuşdur. Bir ildən coxdurki Paşa Təbrizli Azərbaycanın taninmiş simalarından ibarət foto kitab hazirlayir.

Leave a Reply