Dekabrın 11-dən etibarən The Landmark Hotel və Business mərkəzinin Rotunda zalında Niderland Krallığının Azerbaycandakı səfirliyinin dəstəyi ilə cənab səfir Onno Kerversin “Dönüş nöqtəsi” başlığı adı altında fərdi sərgisi keçiriləcəkdir. Yanvar ayının əvvələrinə qədər keçirələcək sərgidə müəllifin səfir kimi fəaliyyət göstərdiyi son doqquz ildə Cənubi Amerika, Türkiyə və Azərbaycanda çəkdiyi fotoları nümayiş olunacaqdır. Bu, cənab səfir Onna Kerversin ilk peşəkar və arzusunun gerçəkləşdiyi foto sərgidir.
Fotosərgi çərçivəsində cənab səfir Azərbaycanlı gənc fotoqraflarla öz təcrübəsi, texnikası və stilistikası ilə bölüşmək niyyətindədir. Cənab səfir Onno Kervers gənc fotoqrafiya həvəskarlarını 22 dekabr 16:00-da The Landmark Hotel və Business mərkəzində gözləyəcəkdir.
Masterklass ingilis dilində keçiriləcəkdir.

İştirak sərbəstdir!

Leave a Reply