Bu günә qәdәr VarYox mәdәniyyәt vә incәsәnәt sferasında baş tutan bir çox tәdbiri işıqlandırıb. Bu dәfә isә özümüz ilk ictimai tәdbirimizi tәşkil edirik! Tәdbirimiz foto sәrgi olacaq – fotoların müәllifi isә gәnc vә az tanınmış fotoqraf Rәsul Quliyevdir.

1996-cı ildə Bakıda anadan olan Rəsul Quliyev, orta məktəbdən bәri fotoqrafiya ilə məşğul olur. Ali təhsilini diş həkimliyi üzrə Türkiyədə alan Rəsul fotoqrafiyanı özünü ifadə yolu olaraq görür. Küçə fotoqrafiyası və insan həyatları üzərində işlər görərək, ədəbi və sənədli yöndə özünü inkişaf etdirməyə çalışır.

VarYox olaraq ilk sәrgimizi keçirmәkdәn qürur, sizi isә qonaq kimi görmәkdәn sevinc duyacağıq!

Sərginin kuratoru: Elturan Məmmədov
Ünvan: “Abşeron” Rəsm Qalereyası (İçərişəhər, Asəf Zeynallı 11)
Tarix: 18oktyabr 19-00 dan başlayır -24 Oktyabra kimi

Leave a Reply