Azərbaycan Fotoqraflar Birliyinin Mingəçevir şəhərində Mingəçevir Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Vətən Mənim Gözüm ilə” foto müsabiqəsi keçirildi.
19.04.2023 –cü il tarixində keçirilən tədbirdə MDU-nin prorektoru Veysəl Əyyubov, professor və müəllim heyəti universitetin tələbələri həmçinin AFB-nin idarə heyəti sədr vəzifəsini icra edən Amira Süleyman, Aydın Mehdiyev, Ayxan Əhmədov eləcədə AFB-nin Mingəçevirdəki nümayəndəsi Şahin Məmmmədli görüş keçirmişdilər.
Bu müsabiqədə 74 tələbənin 300-dən çox fotosunu AFB-nin Bədii Şurasının üzvü İlkin Yaqubov tərəfindən seçilib qiymətləndirilmişdir.Qeyd edək ki fotolar 1,2,3-cü yer və 3 həvəsləndirici sertifikatla tələbələrə təqdim olunub.
1.Səbinə Məmmədli, 2.Sevil Ramazanova, 3.Türkanbəyim Əhmədli yerləri və Bahar Hüseynova, Qənirə Hüseynova, Ülvi seyidov Fərqlənmə sertifikatları təqdim olunub.
Gələcəkdə fotoqrafiya üzrə kurs, dərs və digər tədbirlərin keçirilməsi haqqında MDU-nun rəhbərliyi və AFB-nin idarə heyəti arasında razılığa gəlinmişdir.

Leave a Reply