Kölgə-  şəffaf olmayan bir cismin işığın təsiri ilə aydınlıq sahəyə əks etdirdiyi qaranlıq siluet sahəsidir. Bu cisim işığın birbaşa təsirinə məruz qaldıqda, tərs üzündə cismin əksi kölgə yaradır. İşıq cismi hər nöqtədən eyni həcmdə aydınlatmadığı üçün, işığın gələn istiqamətinə yaxın səthlər daha çox işıqlanır, işığa uzaq və ya arxada qalan səthlər daha az işığa məruz qaldığından qaranlıq sahələr ortaya çıxır. Kölgələr təbii və ya süni işıq olmasından aslı olmayaraq mütləq şəkildə cismin ayrılmaz hissəsidir. Bir cismin kölgəsi cisimdən uzaqlaşan zaman böyüyür, yaxınlaşan zaman isə kiçilir. Fotoqrafiyada kölgələr xüsusi əhəmiyyət kəsb edir. Ən kəskin və dəqiq kölgələr səhər saatlarında və axşam hava qaralmadan öncə ortaya çıxır. Kölgələr bəzən daha güclü və zəngin kadr ola biləcək fotolara səbəb olur. Bu baxımdan bir çox fotoqraf kölgələrlə işləməyi çox sevir.

Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 2 Aprel tarixinə kimi təqdim olunmalıdır və fotolar münsiflər heyətinə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda “AFB Ayliq Musabiqe qrupu”nda yerləşdiriləcək.Müsabiqənin müəllifi Günel Məmmədova, kordinatoru Elxan Qəniyev tel: 0515252595

Leave a Reply