İyulun 11-də Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, “Azəridmanservis” MMC-nin dəstəyilə, “AZƏRTAC” İnformasiya Agentliyi və GİN-nin mətbu orqanı “İdman” qəzetinin informasiya dəstəyilə Muzey Mərkəzində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək.
21 idman növü üzrə 54 ölkənin qatıldığı Beynəlxalq yarışmada 6000 idmançı öz gücünü sınamış qızıl, gümüş və bürünc medallar uğrundamübarizə aparıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib.
Təbii ki, Azərbaycan fotoqrafları da öz növbəsində obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çevirmişlər.
Sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq.
Giriş sərbəstdir.

Leave a Reply