Beynəlxalq Türk dünyası mədəniyyəti təşkilatı olan Türksoy 2023-cü il üzrə növbəti fotoqrafların görüşünü Türkiyənin İstanbul şəhərində “Türk Dünyası İstiklalde buluşuyor” adı altında keçirdi.
Türk dünyasının zəngin mədəniyyətinə malik olan ölkələrindən biri, Azərbaycanı isə fotoqraf Araz Adiloğlu təmsil etmişdir. 30 Yanvardan 05 Fevrala qədər baş tutan görüşdə daha öncədən fotoqrafların çəkdiyi fotolar 02 Fevral tarixində İstanbulun Beyoğlu bölgəsində qalereyada bir aylıq sərgidə sərgiləndi.
Fotoqrafların bu görüşdəki əsas məqsədlərindən biri də Türk dünyası mədəniyyətlərinin bir birilərilə bölüşməsi,adət ənənələrinin tanıdılması və s. idi.
Fotoqraf Araz Adiloğlunun baş tutan növbəti görüşündən bir neçə fotolarını sizlərə təqdim edirik.

Leave a Reply