İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir.
İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutdu.
İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir . 2017 -ci il mayın 12-dən 22 nə qədər keçirilən oyunların fotoları. Fotolar Fərqanə Qasımlı tərfindən təqdim olunur.

Leave a Reply