Azərbaycanda “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusunda müsabiqə elan olunur
Bakı, 1 sentyabr, SalamNews, Ş.Nəzərli. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar yazı və poster-foto müsabiqəsi elan edilib.
SalamNews xəbər verir ki, müsabiqə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi, Milli Elmlər Akademiyası Müstəqil Həmkarlar İttifaqı, Su Təsəərrüfatı İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirin keçirilməsində məqsəd islam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşaraq, məsələnin aktuallığını artırmaq və bəşəri dəyərlərin bir daha üzə çıxarılmasına dəstək olmaqdır.
Müsabiqə üçün materiallar aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun hazırlanmalıdır:
Azərbaycan Həmrəylik nümunəsi kimi; İslam elm tarixində Azərbaycan məktəbi; Yeni dünya çağırışları: Avropa və islam; İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər; Yeni dünya çağırışları: Azərbaycan və islam; İslam və demokratiya: Tarix və Müasirlik; İslam həmrəyliyi: Dini və Mədəni müxtəlifliyin harmoniyası; İslam həmrəyliyi: Müasir çağırışlar və Dini maarifləndirmə; Heydər Əliyev irsi və islam həmrəyliyi; İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya; İslam mədəniyyətində qadın; İslam və iqtisadi inkişaf; İslam Mədəniyyəti: Problemlər və Perspektivlər.
Müsabiqəyə yalnız bir yazı təqdim edilə bilər. Yazılar 2000-8000 işarə həcmində olmalı, “Times New Roman 14 şrifti ilə, sərlövhələr isə 16 ölçülü şriftlə yazılmalıdır.
Müsabiqə üçün təqdim ediləcək yazılar arasından 10 ən yaxşı yazı seçiləcək və hər qalibə 300 AZN mükafat veriləcək.
Müsabiqə üçün təqdim ediləcək posterlər arasından beş ən yaxşı poster-foto seçiləcək və hər qalibə 200 AZN mükafat veriləcək.
Müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix oktyabr ayının 15-idir.
Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir:
“xeyale.mammadova@azersu.az”; “gunay.hasanli@azersu.az”
Əlaqə telefonları: (012) 431 47 67 (34 30; 22 72)

Leave a Reply