Milli Azərbaycan Tarixi Muzeyində (MATM) karantin qaydaları tam nəzərə alınaraq, iştirakçıların sayı 10 nəfəri ötmədən maraqlı tədbir keçirildi. Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı iştirak edib.«IRS» jurnalı və Azərbaycan Fotoqrafları Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto müsabiqənin nəticələrini elan etdi. Qaliblər may ayından münsiflər tərəfindən seçilmiş olsa da, pandemiya ilə bağlı karantin qaydalarına görə onların təltif olunması yubadılmışdır. Yaranmış karantin rejiminə görə qaliblərin elan olunmasının yubadılma səbəbi müsabiqə iştirakçılarının nəzərinə çatdırılmışdır. Qaliblərə mükafatlar MATM-nin rəhbərliyi, “IRS” jurnalı və AFB rəhbərliynin iştirakı ilə fərdi qaydada təqdim olunmuşdur:

– «Mənim diyarım». İlk beşliyə seçilənlər – Fərqanə Qasımlı, Zamin Cəfərov, İlham Mustafayev, Mustafa Səfərov və Araz Adiloğlu. Qalib – İlham Mustafayevdir.

– «Mənim şəhərim». İlk beşliyə seçilənlər – Əfsanə Rəsulova, Fidan Nazimqızı, Etibar Cəfərov, Nurlan Tahirli və Murad Orucov. Qalib – Etibar Cəfərovdur.

– «Adətlər və ənənələr». İlk beşliyə seçilənlər – Arzu Mürvətova, Fərqanə Qasımlı, Nurlan Tahirli, Etibar Cəfərov və Rüstəm Hüseynov. Qalib – Fərqanə Qasımlıdır.

  • «Azərbaycan təbiəti». İlk beşliyə seçilənlər – Məhsəti Hüseynova, Mahir Rüstəmli, Azərçin Muradov, İlqar Əzimov və Zamin Cəfərov. Qalib – Mahir Rüstəmlidir.
  • «Dəniz». İlk beşliyə seçilənlər – Elman Hüseynov, Coşğun Süleymanov, Araz Adiloğlu, Rüstəm Hüseynov və Xalid Kərimov. Qalib – Araz Adiloğludur.
  • «Dağlar». İlk beşliyə seçilənlər – Azərçin Muradov, Zamin Cəfərov, Əsəd Səfərov, Togrul Cəfərov və Araz Adiloğlu. Qalib – Zamin Cəfərovdur.
  • «Yuxarıdan görünüş». İştirakçı Xalid Kərimov. Qalib yoxdur.

Hər nominasiya üzrə müəyyən edilən qalibə (cəmi 6 nəfər) pul mükafatı verilmişdir. Müsabiqədə hər nominasiyada ilk beşlikdə yer tutumuş fotolar «IRS» və «Azerbaijan Airlines» jurnallarında, həmçinin «IRS Publishing House» nəşriyyat evinin «Irs-Heritage-Наследие» seriyası üzrə çap edilən kitablarında dərc olunmuşdur. Hər bir cap məhsulundan müəlliflərə iki nüsxə hədiyyə olunmuşdur. Münsiflər heyətinin rəhbəri – Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrindir. Münsiflər heyətinin üzvləri – Musa Mərcanlı («IRS» və «Azerbaijan Airlines» jurnallarının baş redaktoru), Andrey Vasilyev (Dubaydakı “IRS Publishing House” nəşriyyatının şef-redaktoru), Yelena Çirikovadır (“Azerbaijan Airlines” jurnalının dizayn-direktoru).

Leave a Reply