Hər memarlıq incisi tarixin danışan dilidir. Azərbaycan memarlığı xalqımızın mədəniyyətini bəzəyən və qədim Şərq memarlığını özündə əks etdirən möhtəşəm abidələrlə zəngindir. Qədimliklə müasirliyi özündə birləşdirən Bakı, Avropa və Şərq memarlığının sintezidir. Ucaldılmış yaraşıqlı binalar sırasında modern üslublu nadir memarlıq abidələri paytaxtımızı gözəlləşdirir.

Müsabiqəyə təqdim olunacaq fotoların uzun tərəfi 1500 px olmaq şərtilə, JPEG formatında afb2019ayligmusabige@gmail.com ünvanına göndərilməlidir. Hər bir fotoqraf müsabiqəyə 5 foto təqdim edə bilər. Fotolar 27 fevral tarixinə kimi qəbul olunur. Hər bir müəllif adı, soyadı və fotonun adını mütləq qeyd etməlidir.

Mobiloqrafiyaya bölməsi üzrə mobil telefon ilə çəkilmiş fotolar da qəbul olunur. Göndərilən fotoların Mobiloqrafiya kateqoriyasına aid olunması və müəllifin adı, soyadı və fotonun adı mütləq qeyd edilməlidir. Mobil telefon ilə çəkilmiş fotolar Mobiloqrafiya bölməsində qiymət veriləcək və qaliblər ayrıca elan olunacaq.

Qaliblər AFB-nin Açıq qapı günü tədbirinin iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə seçilir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz.

Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş fotolar qəbul olunur. Fotolarda əks olunmuş insanların razılığı fotoqrafın üzərinə düşür.

Müəllif hüquqları qorunmaq şərti ilə fotoların yalnız təbliği məqsədi ilə istifadə edilməsi müəllif ilə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq.

Fotolar Facebookda sosial şəbəkəsində “AFB Ayliq Musabiqe” qrupunda paylaşılacaq. Fevral ayı üçün nəzərdə tutulmuş foto müsabiqənin mövzu müəllifi Rauf Umud, koordinatoru isə Arzu Mürvətovadır.

Leave a Reply