Bu mövzu üçün küçəbəküçə gəzib gözəl foto axtamağa ehtiyac olmayacaq. Hər gün evimizdən çıxarkən və ya evimizə dönərkən günün hər vaxtında qayğılı, qayğısız məhəllə adamlarına və qonşulara rast gəlməmək olmur. Təbii ki, bunların hər anı maraq doğuran təsvir yaradır. Fəsillərdən asılı olmayaraq məhəllədə fotolar çəkmək həvəsi olur.

Müsabiqəyə təqdim olunacaq fotoların uzun tərəfi 1500 px olmaq şərtilə, JPEG formatında afb2019ayligmusabige@gmail.com ünvanına göndərilməlidir. Hər bir fotoqraf müsabiqəyə 5 foto təqdim edə bilər. Fotolar 28 yanvar tarixinə kimi qəbul olunur. Hər bir müəllif özü haqqında məlumatı (ad, soyad, fotonun adı) təqdim etməlidir.

Müsabiqəyə marağın daha çox olduğunu nəzərə alaraq aylıq müsabiqələrdə ilk dəfə olaraq Mobiloqrafiyaya bölməsi üzrə mobil telefon ilə çəkilmiş fotolar da qəbul olunacaq. Göndərilən fotolar Mobiloqrafiya kateqoriyası aid olunması qeyd edilməlidir. Mobil telefon ilə çəkilmiş fotolar Mobiloqrafiya bölməsində qiymət veriləcək və qaliblər ayrıca elan olunacaq.

Qaliblər AFB-nin Açıq qapı günü tədbirinin iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə seçilir.Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş fotolar qəbul olunur. Fotolarda əks olunmuş insanların razılığı fotoqrafın üzərinə düşür.

Müəllif hüquqları qorunmaq şərti ilə fotoların yalnız təbliği məqsədi ilə istifadə edilməsi müəllif ilə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq.

Fotolar Facebookda sosial şəbəkəsində “AFB Ayliq Musabiqe” qrupunda paylaşılacaq. Dekabr ayı üçün nəzərdə tutulmuş foto müsabiqənin mövzu müəllifi Rauf Umud, koordinatoru isə Arzu Mürvətovadır.

Leave a Reply