Azərbaycan Milli QHT Forumunun ofisində 26 oktyabrda ənənəvi “Açıq Qapı” günü kecirildi. Tədbirə Həvəskar, peşəkar, fotoqrafiya sənətini sevənlər iştirak etdilər.
Tədbirdə Vəli Şükürov “Gəzdiklərim, Gördüklərim” adlı fotolayihəsinitəqdim edərək, ətraflı məlumat verdi.
İlkin Səlifov “EXORDIUM” adlı ilk foto sərgisi,
Nurlan Tahirli World Eco Photo müsabiqəsi və Sibirin ən qədim şəhərlərində bəhs edən fotoları təqdim etdi, səfəri haqda məlamat verdi.
Rauf Umud, Pəri Arifqızı Kuzey Kıprız Turk Cumhuriyətinə yaradıcılıq foto turu haqda təqdimat etdilər, səfərləri haqda maraqlı məqamları açıqladılar.
Nemat J. Jahangirov fotoqraflar üçün xüsusi Reminis App with AI for Photographers // Meetup-Baku, Azerbaijan təqdimatı haqda məlumat verdi.Yaranmış sualları cavablandırdı
Tədbirin sonunda Noyabr ayı üçün aylıq fotomüsabiqə haqda fikir mübadiləsi aparıldı. Noyabr ayından müsabiqənin davamına start veriləcəyi açıqlandı. Tədbirin sonunda iştirakşılar xatirə fotosu çəkdirdilər.

Leave a Reply