Gənc fotoqraf İlkin Səlifovun ADO teatrında “EXORDIUM” adlı ilk foto sərgisi baş tutacaq. İlkinin fotolarında gündəlik həyatda gördüklərinə fəlsəfi yanaşması var. Reportaj, portret, peyzaj, abstrakt, idman kimi janrlarda çəkilmiş fotolarda əks qütblərin dialoqunu tamaşaçıya çatdırır. Sərgi 5 oktyabr saat 17:00-da başlayacaq. Sərgidə ADO teatrının tamaşalarından fotolar yer alacaq.
Sərgi 3 gün davam edəcək. Eyni zamanda sizləri açıq buffet də gözləyir.
İlkin Səlifov 1991-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. Fotoqrafiyaya marağı universitet illərində yaranmış, 2014-cü ildən fotoqrafiya ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Fotoqrafiyanın kommersial tərəfindən asılı olmayaraq fərqli festival və müsabiqələrdə («ASAN könüllülər hərəkatı fotoqrafların gözü ilə», «Fotofest 2016 – Çelyabinsk», «IV İslam həmrəylik oyunları Azərbaycan fotoqraflarının gözü ilə», «Formula 1 Azerbaijan Grand Prix 2018/2019») iştirak etmiş, bir sıra diplom və sertifikatlara layiq görülmüşdür. Əsasən korporativ və reklam xarakterli çəkilişlərin sifarişlərini qəbul edir. 2016-cı ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür.

Tədbirə giriş sərbəstdir!

Ünvan: Mirzəağa Əliyev 245
Teatrın ünvanını tapmaq üçün: www.ado.az/contact
Teatrla əlaqə:
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt: ADO.AZ
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

Leave a Reply