Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “Açıq qapı” günü ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində təxirə salınır. Hal-hazırda müasir texnologiyalar isə evimizdən sosial həyatımızı və fəaliyyətimizi davam etdirməyə imkan verir.

Fotoqrafiya sənətini sevən yaradıcı insanları aprel ayı üçün nəzərdə tutulan “Evdə qal, foto çək!” adlı aylıq müsabiqədə iştirak etməyə dəvət edirik!

Müsabiqədə yaradıcılıq ideyalarınızı həyata keçirmək sizin əlinizdədir. Karantin günlərini tarixi və yaradıcı başa vuraq, sağlam olaq!

“Evdə qal, foto çək!” fotomüsabiqəsinə aşağıdaki kateqoriyalar üzrə fotoaparat və mobil telefon ilə çəkilən tək və ya seriya fotolar qəbul olunur:

1. Evimin pəncərəsindən karantin;

2. Evdə qal, portret çək;

3. Ailəm;

4. Evdə qal, xəbər al;

5. Evdə qal, evdə yarat;

6. Natürmort;

7. Məsafə saxla;

8. Karantin.

Müsabiqəyə təqdim olunacaq fotoların uzun tərəfi 1500 px olmaq şərtilə, JPEG formatında afb2019ayligmusabige@gmail.com ünvanına göndərilməlidir. Hər bir fotoqraf müsabiqəyə tək və ya seriya fotolar təqdim edə bilər, seriya kimi göndərilmiş fotolar bir foto hesab olunur.

Fotolar 26 aprel tarixinə kimi qəbul olunur. Hər bir müəllif adı, soyadı və kateqoriyanı mütləq qeyd etməlidir.

Mobiloqrafiyaya bölməsi üzrə göndərilən fotoların Mobiloqrafiya kateqoriyasına aid olunması və müəllifin adı, soyadı və kateqoriya mütləq qeyd edilməlidir. Mobil telefon ilə çəkilmiş fotolar Mobiloqrafiya bölməsində qiymət veriləcək və qaliblər ayrıca elan olunacaq.

❗️ QEYD: Müsabiqəyə karantin elan olunan tarixdən etibarən çəkilən fotolar qəbul olunur.

Aprel ayı üçün elan olunan aylıq fotomüsabiqənin səsvermə prosesi onlayn şəkildə “AFB Ayliq Musabiqe” Facebook qrupunda aparılacaq. Bəyəndiyiniz fotolara aprel ayının 30-na kimi səs verə bilərsiniz.

Aprel ayı üçün nəzərdə tutulmuş foto müsabiqənin mövzu müəllifi Mirnaib Həsənoğlu, koordinatoru isə Arzu Mürvətovadır.

 

Leave a Reply