Gürcüstan Fotoqraflar Assosasianin  FİAP-ın potranajlığı ilə keçirdiyi Photo Salon «Georgian Drag – 2019» beynəlxalq fotomüsabiqəsinə yekun vuruldu.

Gürcüstanda ezamiyyətdə olan, AFB-nin bədii işlər üzrə sədr müavini, beynəlxalq foto ekspert, FEP-in, Rusiya Bədii Fotoqraflar İttifaqının üzvü, münsif heyəti kimi son turunda iştirak edən Rauf Umud müsabiqə haqqında bunları dedi:

-FİAP-in, GPU-nin, GFA-nın AFB-ni və Photolife salonun təsis etdiyi mükafatlar uğrunda mübarizəyə 52 ölkədən 355 fotoqraf qatılmışdır. 4 bölmə üzrə 4733 foto əsərlədən  İlk turdan keçmiş fotolar 157 makfat qazanmışdır. 

AFB –nin üzvləri Şahin Sərkərov qızıl, Fərqanə Qasımlı gümüş, Aydın Mehdiyev və Nadejda Cavad bürünc, Birliyin fəxri üzvü , Rusiya Fotoqraflar İttifaqının üzvü Svetlana Kamkova diploma layiq görülmüşlər.

Mükafatlandırma və qaliblərin yekun sərgisi sentyabr ayında Azərbaycanda baş tutacaq.

Leave a Reply