Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olumuş Böyük Dəbilqə (Baku Grand Slam 2019), həm də elit seriyadan İJF Word Judo Tour judo yarışması 10 – 12 may tarixində Heydər Əliyev adına idman sarayında  baş tutmuşdur.
Yarışda 57 ölkədən 449 idmançı iştirak etmişdir.
Yarışın ilk günü Azərbaycan judoçusu Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanmışdır.
İkinci gün idmançımız Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov və Telman Vəliyev eyni çəkidə bürünc medallara sahib olmuşdur.
Yarışın son günü Məmmədəli Mehdiyev (90 kq) gümüş, Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medallar qazanmışdır.
Turnirdən ən maraqlıanları sizə təqdim edirik.

Photographer: Nadejda Javad

Leave a Reply