Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Fotoqrafları Birliyinin tərəfdaş təşkilatçılığı ilə Zamin Səmədovun “Gənclərin gözü ilə tariximiz” fotolayihəsinin bu gün (18.03.2018 tarixində) yekun təqdimatı oldu. XI qrant müsabiqəsinin qalibi olan Zamin Səmədov Lənkəran,Quba,Mingəçevir,Şəki və Bakı şəhərlərində gənclər qarşısında layihəni təqdim etdi. Azərbaycanın bir çox bölgələrindən qatılan layihədə Həvəskar fotoqraflar tarixi abidələrin fotolarını çəkərək layihədə iştirak edirdilər. Layihənin əsas iki məqsədi vardı, Birinci məqsəd unudulmaqda olan tarixi abidələrinfotolarını çəkib cəmiyyətə təqdim etmək, ikinci məqsəd isə yeni həvəskar gənc fotoqrafların ictimaiyyətə tanıdılmasını təmin etmək. Bu gün yekun tədbir Bakı şəhərində reallaşdı. Tədbirin sonunda layihədə uğurlu iştirakına görə gənclərə sertifikatlar təqdim olundu. Layihənin davamlılığını təmin etmək üçün “gənclərin gözü ilə tariximiz” adlı Facebook və instaqram səhifəsidə tarixi abidələrin fotolarını təqdim etməkdir.

Leave a Reply