Tbilisi Fotoqrafiya və Multimedia Muzeyi İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə agentliyi (SDC) tərəfindən maliyyələşən “Təhsil və innovasiya naminə Cənubi Qafqaz fotoqrafiya mərkəzi” layihəsi çərçivəsində Cənubi Qafqaz bölgəsini təmsil edən qadın fotoqraflar üçün ikinci açıq konkursunu elan edir.

Gürcüstan, Ermənistan və ya Azərbaycandan olan və fəaliyyətə yeni başlayan 7 qadın fotoqraf Multimedia Yaradıcılıq Laboratoriyası (Multimedia Production Lab) tərəfindən təqdim olunan qrantdan istifadə etmək imkanına malik olacaq. Qrant Cənubi Qafqazda ictimai problemləri və Cənubi Qafqazda yaşayan icmaları işıqlandıran fotolayihələrə ayrılacaq.

Tbilisi Fotoqrafiya və Multimedia Muzeyi tərəfindən yaradılmış “Təhsil və innovasiya naminə Cənubi Qafqaz fotoqrafiya mərkəzi” layihəsinin Multimedia Yaradıcılıq Laboratoriyası proqramının məqsədi isə Gürcüstan, Ermənistan və Azərbaycanla bağlı ictimai problemləri işıqlandıran və fotoqrafiyanı müxtəlif hekayələri çatdırmaq üçün güclü bir alət kimi istifadə edən gənc qadın fotoqrafların peşəkar kimi üzə çıxmasıdır.

Multimedia Lab Cənubi Qafqazda yerləşən 3 ölkənin qadın fotoqraflarına 800 ABŞ dolları həcmində prodakşn qrantları təqdim etməklə öz ölkələrində və ya Cənubi Qafqazda yaşayan yerli icmalar haqqında uzunmüddətli layihələr (6 ay-aya qədər) yaratmağa təşviq edir.

Ötən il Azərbaycandan iki iştirakçı bu qrantın qalibi olub – Gülnar Səlimova və Sitara İbrahimova. Siz də özünüzü sınaya və fotoqraf kimi uğurlu karyeranızın əsasını qoya bilərsiniz! Nümunə üçün baxa bilərsiniz:

Gülnar Səlimova – Predicted life of Romani women (Qaraçı qadınların öncədən təyin olunmuş həyatı)

Sitara İbrahimova – Bir qadının səyahəti

Müraciətin necə edildiyini buradan öyrənmək olar:

Multimedia Production Lab Grants 2019

Qadın fotoqraflar üçün qrant müsabiqəsi elan olunur

Leave a Reply