Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Fotoqrafları Birliyi”nin təşkilatçığı və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi ilə dəniz sahilinin məişət tullantılarından təmizlənmə aksiyası keçirilmişdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Fotoqrafları Birliyi”nin idarə heyətinin üzvləri Amira Süleyman, Aydın Mehdiyev və Ayxan Əhmədovun təşkilatçılığı və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyinin dəstəyi ilə tədbirlər planına uyğun olaraq dəniz sahilində təmizlik aksiyası keçirilmişdir.

29.04.2023-cü il tarixində “Azərbaycan Fotoqrafları Birliyi”nin üzvləri, həvəskar fotoqraflar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi və əməkdaşları və Abşeron Milli Parkının könüllülərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş dəniz sahilinin məişət tullantılarından təmizləmək aksiyası keçirilmişdir.

Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslərdə dəniz sahilində suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı tədbirlərə qoşulmaq və ictimaiyyətin fikrini bu tipli aksiyalara cəlb etməkdən ibarət olmuşdur.
Aksiya zamanı təyin olunmuş Abşeron Milli Parkının Şah Dili Qoruğu sahil zolağında “Təbiətə bir gün” devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılmış, toplanmış tullantılar tullantı məntəqəsinə təhvil verilmişdir.
Tədbirin sonunda çay süfrəsində aksiya iştirakçıları ilə gələcəkdə də bu cür ekoloji yönümlü layihələrin həyata keçirilməsi haqqında söhbətlər aparılmışdır. Tədbirin təşkilatçısı AFB-nin sedr vəzifəsini icra edən Amira Süleyman

Leave a Reply