30 mart 2018 il, saat 18:00-da Gürcüstan Fotoqrafları Assosasiyasının təşkilatçılığı ilə Gürcüstan parlamentinin (Tbilisi, Qudiaşvili, 7) Milli kitabxanasının sərgi salonunda “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” Beynəlxalq fotosərgisinin açılış mərasimi baş tutacaq.

Sərgidə   “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” beynəlxalq müsabiqəsinin ən yaxşı fotoları yer alacaq. Müsabiqə FİAP-in dəstəyi ilə baş tutmuş üç salonda -2-ci Gürcüstan Draq-2017, 2-ci Beynəlxalq Karpat fotovernisajı-2017 və ilk dəfə olaraq Azərbaycan -2017 Beynəlxalq fotosalonuna 57 ölkədən 383 müəllifin 5292 fotosundan 4146 iş müsabiqədən keçmiş onlardan 158 əsər mükafatlara layiq görülmüşdür.

Fotolar dörd: “Sərbəst mövzu – ağ-qara”, “Sərbəst mövzu – rəngli fotoqrafiya”, “İnsanlar” və “Mənzərə” bölümdə təqdim olunmuş və hər bölümlər üzrə FİAP-ın, hər bir salonun müvafiq qızıl, gümüş,bürünc medalları, diplomlara layiq görülmüşlər (ətraf www.photo-forum.eu portalında).həmçinin  qaliblərə mükafatlarla birgə kataloq da təqdim olunacaq.

31 mart – 2 aprel  tarixlərində Azərbaycan, Ukrayna və Gürcüstan fotoqrafları üçün fotogəzinti təşkil olunacaq və əsərlərinin elektron təqdimatı gecəsi təşkil olunacaqdır. Həmçinin tədbirdə Gürcüstan Fotoqraflar Assosasiyasının, Zakarpatiya Foto sənəti Assosasiyasının prezidenti Volodimir  Norba və Azərbaycan Fotoqrafları Birliyinin sədr müavini Rauf  Umudovla birgə işlər barədə memorandum imzalacaq, gələcək yaradıcılıq planları müzakirə ediləcəkdir.

Sərgi və mükafatlandırma Ukraynada və Azərbaycanda olacaq.

www.photographers.ge    www.photo-forum.eu         photographers.ge@gmail.com

Leave a Reply