Bu gün aldığım bu sertifikat məni, GPU-nun həqiqi nümayəndəsi və Azərbaycan ofis rəhbərliyimi təsdiq etdi. Bununla bərabər GPU-ya yeni üzv və Crown-1 fərqlənməsertifikatına layiq görülmüş, bir çoxlarına örnək olacaq, işgüzarlığı ilə, beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olmuş Nadejda Javadla fərx etmək olar.
GPU-nin idarə heyətinə, idarə heyətinin prezidenti cənab Manolis Metzakisə bizə etibarına görə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycan foto sənətinin tək Avropada deyil həmçinin dünyaya tanınmasında geniş meydan açılmasına biz dəəlimizdən gələni əsirgəməyəcəyik.
Yeni üzvlərimizi gözləyirik. GPU-nun 2021-ci ildə Respublikamızda keçiriləcək beynəlxalq fotofestivalna 150-yə yaxın qatılacaq xarici sənətkarlarımız arasında sizləri də görmək arzu ilə. Rau Umudov

Leave a Reply