Dekabrın 27-də Bakı şəhərində, Muzey Mərkəzinin Sərgi Qalereyasında Dövlət Gömrük  xidməti polkovniki, Azərbaycan Fotoqrafları Birıliyinin üzvü, həvəskar fotoqraf Aydın Mehdiyevın “Gömrükçü həyatı” adlı fərdi fotosərgisi keçiriləcək.

Fotosərginin açılış mərasimi saat 15:30-da olacaq.

Azərbaycan Respublikası Dövlət Gömruk Komitəsınin yaradılmasının 25 illiyi münasibətilə təşkıl olunan “Gömrükçü həyatı” adlı fotosərgidə Dövlət Gömrük Komitəsinin əməkdaşı Aydın Mehdiyevin müəllifi olduğu 120 fotoşəkil sərgilənəcək.

Müəllif fotokameranın yaddaşına gömrük əməkdaşlarının gündəlik iş fəaliyyətilə bağlı məqamları köçürüb. Fotolar 2016-cı ilin oktyabr-noyabr aylarında, bir neçə gün ərzində Bakı Baş Gömrük idarəsi, Hava Nəqliyyatında Baş Gömrük idarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.

Fotolarda Azərbaycan Gömrük Xidmətinin inkişaf etmiş infrastruktura malik olmaqla-quru, hava və dəniz yollarında ölkəmizin iqtisadı mənafeyinı və təhlükəsizliyini hansı səviyyədə qorumasından, qaçaqmalçılığa qarşı necə mübarizə aparmasından, ümumiyyətlə, gömrük əməkdaşlarının fəaliyyətindən bəhs edilir.

Azərbaycanda keçirilən bir sıra sərgilərdə iştirak edən Aydın Mehdiyev, eynı zamanda, ölkə xaricində də təşkil olunan fotosərgilərə qatılıb. BP şirkətinin Avropa paytaxtlarında- London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə ıştirak edib.ABŞ-ın nüfuzlu “Vıew Bug” fotomusabiqəsində isə onun əsərı peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyı 116 min foto arasında ilk onluğa düşüb.

Azərbaycanda “İlin fotoqrafı-2012” tədbirində Fotoqrafiya sənətinə verdiyi dəstəyə görə xüsusi mükafat qazanan Aydın Mehdiyev həmın ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Azərbaycan diasporu Rusiyada” adlı fotosərginin iştirakçısı olub, həmçinin Sankt-Peterburq şəhərindəki B.N.Yeltsın adına Prezident Kitabxanasında keçirilən fotomüsabiqədə “Müasir texnologiyalar” nominasiyası üzrə I yerə layiq görülüb.

18 ildən artıq gömrük orqanlarında xidmət edən Aydın Mehdiyev elmi nailiyyətləri ilə də diqqət çəkir. Fizika-riyaziyyat elmləri namizədi,texnika elmləri doktoru olan Aydın Mehdiyev 56 elmi məqalənin, iki kitabın müəllifıdir.

Ümidvarıq ki, “Gömrükçü həyatı” adlı fotosorgi Dövlət Gömrük Komitəsinin 25 illik yubileyi ərəfəsində Azərbaycan gömrüyünün nailiyyətlərinə nəzər salmaq üçün daha bir əyani vəsait olacaq.

Fotosərgı dekabrın 30-dək davam edəcək.

Ünvan: Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər prospekti, 49

Fotosərginin açılış mərasiminə giriş  dəvətnamə ilədir.

Əlaqə: (+99470) 2124719.AFB-yə müraciət edə bilərsiz.

Leave a Reply