Fotoqrafiya dünyanın hər yerində eyni dildə danışmağı bacaran, sərhəd bilməyən, ətrafına yüz minlərlə vizual sənət sevənləri toplamış liderlərdən biridir.
Global Photographic Union (GPU) “Global Fotoqrafiya Birliyi” özünün sevgisiylə dünyanın 12  ölkəsində  dayaq nüməyəndəliyi ilə sənətsevərləri ətrafına toplamışdır.

            Bu gün Azərbaycanın inkişafı  məhz dünya fotoqraflarının da gözündən qaçmır . Təsadüfü deyil ki, GPU-nun idarə heyəti, başda birliyin prezidenti cənab Manolis Metzakis bizim ölkəni seçmişlər.

19 oktyabr 2018-ci ildə GPU idarə heyətinin növbəti iclası rəsmən Bakıda keçirildi. Həmin gün 42 xarici ölkənin müxtəlif beynəlxalq dərəcəli uğurlar qazanmış 50 fotoqraflarının əsərləri “Qalereya 1969” –da sərgiləndi. Sərginin açılış zamanı GPU-nun prezidendi, Manolis Metzakis çıxış edərək, Azərbaycana maraqlarını,bu günə qədər Azərbaycan fotoqrafiyasının digər xarici ölkələrdə tanınmasını alqışladı və avropada milli mədəniyyətimizin, tariximizin tanınması üçün fotoqraflarımızın gördüyü işə yüksək qiymət verdi. GPU-nun gerbi, bayrağı AFB-nin idarə heyətinin sədri Mirnaib Həsənoğluna təqdim olundu. Əsas məqsəd də gələcəkdə Azərbaycanda   beynəlxalq  fotofestival keçirmək, həmçinin Azərbaycan  fotoqraflarının əsərlərində  milli mədəniyyəti, ənənələrinin və tarixini abidələrin dünyayya çatdırılmasına dəstək olmaqdır. Çıxışın sonunda AFB idarə heyətinin sədr müavini, Rauf Umudovun GPU-nin rəsmi nümayəndə təyin olunması haqqında sənədini təqdim etdi.

               AFB  idarə heyətini ilk sədri, tanınmış kinooperator, Mədəniyyət və İncəsənət universitetinin müəllimi Rafiq Qəmbərov çıxışında bildirdi ki,  Azərbaycan fotoqrafiya sənəti dünyanı heyran edə biləcək səviyyədədir. GPU nümayəndəliyinin də Bakıda açılması təsadüfü deyildir. Sonra AFB İdarə heyətinin sədri Mirnaib Həsənoğlu qonaqları birliyin fəaliyəti ilə tanış etdi və “Sey Chees” layihəsinin albomunu hədiyyə olaraq cənab Manolisə təqdim etdi. Ağsaqqal fotoqraflar adından Fətəli Fətəliyev də qonaqları salamlayıb gələcək işlərdə xeyir dua verdi.

            20 oktyabr 2018-ci ildə Bakıdakı “Ata Türk” mərkəzində GPU prezidenti və idarə heyəti ilə fotoqrafların görüşü təşkil olundu. Manolis Metzakis GPU haqqında ətraflı təqdimat etdi və onun ətrafında yaranan suallara cavab verdi. Digər sualları isə Milovanović Maksimović Marija GPU Baş katib (Serbiya), Law John GPU Vice-Prezidenti (İngiltərə) , Saeed Al Shamsi GPU idarə heyətinin üzvü (BƏƏ), Laheye Freddy GPU Maliyyə məsələləri üzrə menceri (Belgiya), Calosi Claudio GPU Vitce-Prezident (İtaliya) cavablandırdı .

       Azərbaycan Fotoqrafları Birliyi Azərbaycan Fotoqrafiyasının inkişaf tarixindən bəhs edən təqdimatı AFB İdarə heyətinin sədri Mirnaib Həsənoğlu təqdim etdi.

            Qonaqlar Bakı şəhəri ilə tanış oldular.Bakıda keçirilən bir neçə fotosərgi ilə də tanış oldular.

            Tədbir Azərbaycan Fotoqrafları Birliyinin təşkilatı dəstəyi ilə keçirilirdi. Kordinator AFB-nin sədr müavini Rauf Umudovdur.

https://azertag.az/ru/xeber/V_Galeree_1969_otkrylas_fotovystavka-1206294?fbclid=IwAR1ulaxapeRf82ft11OTRUCecKpywcWSbGSF5elgePGSx7pGQrMbvhUpbmE

http://www.azpress.az/index.php?lang=az&sectionid=news&id=84129

В Баку открылась выставка работ иностранных фотографов

 

 

 

 

 

 

 

Leave a Reply