Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaş təşkilatçılığı ilə “Gənclərin gözü ilə tariximiz” adlı foto layihəyə start verilib.Azərbaycanın bütün şəhər və rayonlarından yaşı 16-29 arası olan gənclər bu layihədə iştirak edə bilərlər. Layihənin məqsədi gənc həvəskar fotoqrafların tanıdılması və ən əsası tarixi abidələrimizin fotolarının çəkilib ictimaiyyətə təqdim olunmasıdır. Hər bir gənc həvəskar fotoqraf yaşadığı ərazidə yerləşən 3 və ya 5 tarixi abidənin keyfiyyətli fotosunu çəkir və abidə haqqında yazılı şəkildə məlumat verir. Bununla yanaşı içtirakçı fotoqraf özü haqqında informasiyanı və fotosunu təqdim etməlidir.25 fevral 2019 –ci il tarixinə kimi gənclər öz fotolarını təqdim edə bilərlər. Layihənin təqdimatı mart ayının əvvəli Lənkəran,Quba,Mingəçevir,Şəki və Bakı şəhərlərində olacaq. Layihənin sonunda iştirak edən həvəskar gənc fotoqraflara AFB tərəfindən Sertifikat veriləcək.

Leave a Reply