11 Oktyabr gecə saat iki radələrində cəbhə zonasından 70 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərində Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 10-u qadın, 9-u uşaq olmaqla, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən artıq mülki obyektə ziyan dəyib.

Ermənistan 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, xüsusilə Gəncə şəhərinin yaşayış məntəqələrini raketlərlə (“Toçka-U”, “Smerç”, “Skad”) atəşə tutmağı davam etdirib.

Gəncəyə raket hücumu Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist simasını bir daha bütün dünyaya göstərdi və sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.

photo by Ilkin Salifov

Leave a Reply