TUR BASA  ÇATDI, ƏTRAFLI BURDAN OXUYA BİLƏRSİNİZ.

 

Peşəkar və həvəskar fotoqrafların nəzərinə .

ASAN Könüllüləri III Yay məktəbi: “Həmrəylik” düşərgəsi Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və Yuneskonun qeyri maddi mədəni irs siyahısına daxil olan sənətkarlıq sahəsinin yaşadığı qədim Lahıc qəsəbəsində keçiriləcəkdir.. Azərbaycan Fotoqrafları Birliyi Lahıcda Asan Xidmətin dəstəy ilə “ Həmrəylik ” düşərgəsi adı alttında fototur təşkil edir. Fototurda Lahıca səyahət, iyulun 20-dən 26-na kimi keciriləcək tədbir zamanı görülmüş işlərlə tanışlıq, təşkil olunacaq canlı fotosərgi flaşmobu keçiriləcək. Sərgi Lahıcın mərkəzində açıq havada keçiriləcək. Canlı sərgidə fotoqraflar əsərlərini şəxsən sərgiləyəcəklər. Sərgidə iştirak etmək üçün hər fotoqraf öz yaradıcılıq portfolyosundan 30×40 sm ölçüdə, fotosunun üzərinə adını , soyadını yazmaq şərti ilə (fotonun sağ aşağı tərəfindən 2 sm hərifin hündürlüyü) sərt materialın üzərinə yapıştırmalıdır. Sərginin sonunda fotolar Lahıcın mədəniyyət evinə bağışlanacaq.Lahıcda çəkilən fotolar Asan Xidmətin qalereyasında tədbirlərində və çap olunacaq kataloqunda müəlif huququ qorunmaq şərtilə istifadə olunacaq. Fototur ödənişsizdir.Tura daxildir gediş,dönüş , qəlyanaltı.
Lahıca 24.07.2016 saat 07.00 da yola düşüb , 19.00 da geri qayıdılacaq.
Qeydiyatdan keçmək üçün afbfototur@gmail.com ünvanına Ad, soyadı, telefon nömrəsi, özü haqqında qısa məlumat, fotokamerasının adını yazmalıdır. Fotosərgiyə təqdim edəcəyi fotonu kiçik ölçüdə təqdim etməlidir.06.07.2016-10.07.2016 saat 20.00 qədər qeydiyatdan keçməlidirlər.Qeydiyatdan keçən fotoqraflara qeydiyatdan keçdikləri barədə bildiriş göndəriləcək.
Yaranan sualları kurator Fərqanə Qasımlı cavablandıracaq.
Tel.0707140209
Fototur yalnız və yalnız peşəkar və həvəskar fotoqraflar üçün nəzərdə tutulub.

 

Leave a Reply