Peşəkar,həvəskar fotoqraf və fotosevərlərin diqqətinə!

Azərbaycan Fotoqrafları Birliyi Ənənəvi Açıq qapı günündə  «Fotoqrafla görüş» tədbiri keçirəcək.Tədbirdə müxtəlif janrlarda işləyən fotoqraflar öz yaradıcılıqlarından bəhs edən fotolarını nümayiş etdirəcək. Tədbir bu günə kimi sosial şəbəkələrdə gördüyümüz fotoların necə çəkilməsi və müəlifin fikirlərini  tədbir iştirakşıları ilə bölüşməsi olacaq. Ən başlıcası isə sosial şəbəkələrdə olan həmkarlarımızla, dostlarımızla şəxsən tanış olmaq olacaq.

Tədbirimizin qonaqları:

Fəxriyyə Məmmədova Bursa Fotofestivalının iştirakçısı olmuşdur. Festivalda iştirak etdiyi təqdimatı və festival haqda məlumat verəcək.

Rəsul Həsənov “Düha” 2 adlı fotoillüstrasiya lahiyəsi haqda təqdimat edəcəkdir.

Dünyasını dəyişmiş Əli Qafarovun həyat və yaradıcılıqı haqda xüsusi təqdimat olunacaq. Xatirəsi yad olunacaq.

Tədbirdə müəlifin  öz fikiri əsas olmasını nəzərə alaraq, onlar çəkdikləri fotoları ilə tamaşaçılarına nəyi çatdırmaq istədiyini təqdim edəcək.Tədbirin sonunda sərbəst mövzularda fikir mübadiləsi və yaranmış suallara cavab veriləcək.

Tədbirdə iştirak sərbəstir.

«Fotoqrafla görüş» tədbiri 4 noyabr saat 14_00 da keciriləcək.

Ünvan:  28 May küçəsi 9. ikinci mərtəbə. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisi (23 saylı məktəblə üzbəüz)

əlaqə tel 0702124719

Leave a Reply