04 noyabr 2018-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ofisində  Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi Açıq Qapı günü tədbirində “Fotoqrafla görüş” baş tutdu.

Bu yaxınlarda dünyasını dəyişmiş Əli Qafarovun xatirəsi yad olundu.

Azərbaycan Fotoqrafları Birliyinin fəaliyyətinin təkmilləşdirmək  məqsədi ilə  AFB-nin katibi vəzifəsinə təyin olunmuş Nurlan Tahirli tədbir iştirakçılarına təqdim olundu.

Fəxriyyə Məmmədova 8-ci Bursa Fotofestivalı Haqqında məlumat verdi. Festival haqqında və sərgi salonlarından bəhs edən fotolar nümayiş etdirdi. Festivalda iştirak etdiyi “Ayinlər” layihəsindən olan Toy layihəsi haqqında məlumat verdi.

Düha 2 fotosərgisi haqqında Rəsul Həsənov təqdimatında tarixi şəxslərin fotolarının yenidən hazırlayaraq xüsusi proqramla işlənməsi və keyfiyyətsiz olan fotoların yenidən bərpa etmək və onları  ictimaiyətə təqdim etmək arzusu olduğunu bildirdi. Artıq 2-ci fotosərgisini keçirən müəllif  Cümhuriyyətin 100 illik yubileyinə həsr etdiyi sərgisi haqqında geniş məlumat verdi. Sərgi haqqında fikir mübadiləsi aparıldı və müəllif hüquqları haqqında müəyyən müzakirələr aparıldı. Təqdimatın sonunda Rəsul Həsənova Hacı Akif Ağayevin fotokatoloqu hədiyyə olundu.

Mərhum Əli Qafarovun xatirəsinə yaradıcılığından bəhs edən təqdimatı Mirnaib Həsənoğlu təqdim etdi. Onun həyat və yaradıcılığı haqqında danışaraq onun Qarabağ müharibəsindən bəhs edən fotolarından danışıldı. Qarabağ müharibəsinin bir səhvəsini yaradan Əli Qafarovun sənədli fotoqrafiya janrında yaratdığı fotolara haqqında fikirlər bildirildi.

Tətbirin sonunda fikir mübadiləsi aparıldı.

http://xalqqazeti.com/az/news/7907?fbclid=IwAR1E3i22xeUVy522MCOqz0NluG8_8tWbFeksKbSVmyR_1xVvkt0ZbIyZt9o

Leave a Reply