Fotoqrafiyanın yaranmasının 177-ci il dönümü münasibətilə Archifoth və Foth club olaraq Laza və Xınalıq kəndinə 2 günlük fototur təşkil etdik. Foto turda 4 fotoqraf iştirak edirdi: Həsən İsmayilov, İlham Babayev, İlkin Salifov, Bağır Orucov.  Səyahətimiz boyunca maraqlı sərgüzəştlər yaşadıq və təbiətin yaratdığı gözəlliklərə heyranlıqla tamaşa etdik. O dağların təmiz havası, buz kimi bulaq suyu, gözəl təbiəti, sıx meşəlikləri cənnət hissi yaşatdı bizə və şəhər həyatının ağırlığını bir müddətlik üstümüzdən atmağa çalışdıq. Səyahət zamanı maraqlı kadrlar çəkildi və bütün qalareyaya baxmaq üçün bura baxın.

Leave a Reply