Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun mənzil qərargahında oktyabrın 22-də fotoqraf  Theo Allofsun ustad dərsi keçirildi. Ustad dərsində Azərbaycan Fotoqrafları Birliyinin üzvləri və fotoqrafiya sənətini sevənlər iştirak etdilər. AFB adından çıxış edən birliyin sədri Mirnaib Həsənoğlu “Ram edilməmiş Afrika” fotosərgisinin təşkilatçılarına IDEA İctimai Birliyinə və Heydər Əliyev Mərkəzinə  minnətdarlığını bildirdi. Azərbaycan fotoqrafları  adından Şərq əməkdaşlığının “Ailə albomu” fotoalbomu Teo Allofsa hədiyyə olundu.

Ustad dərsi zamanı öz yaradıcılığından danışan fotoqraf həmdə müasir təbiət fotoqrafiyasının  qarşılaşdığı problemlərdəndə danışdı. İştirakçılar və qonaq arasında maraqlı müzakirələr oldu. Həmdə yaradıcılıq təcrübəsini bölüşdülər. Suallara peşəkar və səmimi cavabları ilə Azərbaycan fotoqraflarıyla qarşılıqlı dostluq münasibəti quruldu. Ustad dərsində fotoqrafın xanımı fotoqraf Jami Tarrisdə iştirak edirdi. Ustad dərsinin sonunda xatirə fotosu çəkildi.

_dsc0194 _dsc0215 _dsc0243 _dsc0360 img_0577fb img_0578fb_1 img_0590fb img_0604fb

 

Leave a Reply