İlin ən gözlənilən yaradıcı layihəsi yenidən gəlir!

Fotoqrafiyaya marağınız var? Fotoqrafiyanın dərinliklərinə peşəkarların dəstəyi ilə yiyələnməyə nə deyirsiniz?

ASAN Könüllülük Məktəbi, Azərbaycan Fotoqraflar Birliyinin təşkilati və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “FotoMən 2” layihəsi başlayır.

Ətraf mühitə yeni nəzərlə baxmağı, ən adi əşyaları belə başqa gözlə görməyi bacarırsınızsa, onda layihəyə qoşulun və bizimlə birlikdə kameranın gözü ilə ətrafdakı gözəllikləri kəşf etməyi öyrənin.

İştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://goo.gl/TUovBr

Leave a Reply