“Foto Debat”

Azərbaycan Fotoqrafları Birliyi oktyabrın 16-da fotoqrafların intellektual inkişafına nail olmaq məqsədi ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahında “Foto Debat” təşkil edib.

Debatın moderatoru fotoqraf Rüfət Abas, mövzusu isə “Kompozisiya” olub. Tədbirdə müxtəlif janrlar üzrə işləyən fotoqraflar iştirak ediblər. Debatda gənc fotoqraflarla yanaşı, qocaman sənətkarlar da iştirak ediblər. Tədbirdə sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Memarlıq və İnşaat Universiteti müəllimi Alik Kadırov  ekspert kimi içtirak etdilər. Tədbirdə kompozisiya haqda məlumat verilib, fikir mübadiləsi aparılıb. Müəlliflər öz fotolarını nümayiş etdiriblər və həmin fotolar əsasında müzakirələr aparılıb, önəmli məsləhətlər verilib. Tədbirin iştirakçıları debatdan razı qaldıqlarını və bundan sonra da belə tədbirlərin keçirilməsini  arzu etdilər.Tədbirin ideya müəlifi və kordinatoru gənc fotoqraf Elxan Qəniyev idi.

Leave a Reply