İyunun 4-də Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilib.
İlk olaraq Formula 2 üzrə sərbəst yürüşə start verilib. Qırx beş dəqiqə davam edən yarışda “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Jüri Vips birinci olub. Daha sonra Formula 2 yarışının sıralanma turu keçirilib. “Hitech Grand Prix” komandasının pilotu Liam Layson turun qalibi olub.
Daha sonra isə “Formula 1” Azərbaycan Qran-Prisinin birinci və ikinci sərbəst yürüşləri təşkil olunub. Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Maks Ferstappen ikinci sərbəst yürüşü isə Serxio Peres qalib olaraq tamamlayıb.

İlkin Səlifov

Leave a Reply