2023 Formula 1 Azərbaycan Qran Prisinin ikinci günündə sprint yarışı start götürür. Mövsümün ilk Sprint yarışı üzrə təsnifat mərhələsi saat 12:30-da başlayıb. Daha sonra isə Formula 1 üzrə Sprint yarışı 17:30-da start götürüb. 17 dövrəni əhatə edən Sprint yarışının təsnifat mərhələsinin ən sürətli pilotu mübarizəyə birinci sıradan başlayıb.

Formula 2 üzrə sprint yarışı isə yerli vaxtla saat 15:00-da baş tutdu. Burada pilotlar 45 dəqiqə ərzində 21 dövrəni tamamlayıblar.

Formula 2 üzrə sprint yarışında ilk üçlükdə yer alan pilotlar – Prema Powerteam komandasından Oliver Bearman, Rodin Carlin komandasından Enzo Fittipaldi və Théo Pourchaire iştirak ediblər.

Formula 1 üzrə sprint yarışından sonra isə polotlar paddock ərazisindən media nümayəndələri ilə görüşüblər.

Paytaxtımızın yeddinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran Prisi bu il “Gözlənilməzə hazır ol” şüarı altında keçirilir. Azarkeşlərə həm trekdə, həm də trekdən kənarda bənzərsiz coşğu yaşadan Bakı yarışında Sprint formatı ilk dəfə keçirilir.

Yarışın əyləncə proqramının çərçivəsində bugün azarkeşlər Dənizkənarı Bulvar ərazisində DJ Hardwell-in konsertinə qatıla biləcəklər.

Azərbaycan Qran Prisi sabah yerli vaxtla saat 15:00-da keçiriləcək.

Mətn/Fotoqraf: Nail Əhmədov

Leave a Reply