2022-ci il Formula 1 üzrə Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində Bakıda keçirilib. İyunun 10-da saat 15:00 və 18:00-da iki sərbəst yürüş mərhələsi baş tutub. Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, 18:00-da təsnifat mərhələsi olub. Qran-pri yarışları isə iyunun 12-də saat 15:00-da başlayıb. Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing Honda” komandasının pilotu Maks Ferstappen olub. İlk üçlüyü “Red Bull Racing Honda” komandasının digər pilotu Serxio Peres və “Mercedes AMG Petronas Sport” komandasından Corc Rassel tamamlayıb.

Leave a Reply