Formula 1 Qran Prisinin 2-ci günün Formula 2 Çempionatının yarışı ilə başladı. İlk yarışı, Bakıda ilk dəfə olan, “Prema Racing” komandasından Robert Şvartsman birinciliklə bitirdi. Daha sonra 2ci yarışda, mövsümün başlağıcında Şvartsmanla demək olar eyni uğursuzluğu paylaşan Jüri Vips, onun kimi Bakı trekində qalibiyyət əldə edərək vəziyyəti öz xeyrinə dəyişdi. Çempionatdakı ümumi xalların nəticələri üzr ilk 3 yerə Quan Çjou, Piastri və Porşare sahiblənmiş oldu.

Formula 1in Kvalifikasıya sessiyası 4 qırmızı bayraqla yadda qaldı. Belə bir hal ən son 2016 Macarıstan QP Kvalikasiyasında yaşanmışdı. 15ci döngədə “Aston Martin”dən Lens Stroll, “Alfa Romedan” Antonio Ciovinazzinin qəzalarının səbəbi ilə 2 dəfə qırmızı bayraq qaldırıldı. Digər 2 qırmızı bayraq isə 3-cü döngədə “AlphaTauri” komandasından Yuki Tsunodanın və “Ferrari” komandasından Karlos Saynz qəzasında və mərhələnin sonuna yaxın “McLaren” komandasının pilotu Daniel Rikkardonun qəza səbəbiylə göstərildi.
Belə sıralanma turunun nəticəsinə əsasən ilk 5 yerdə ardıcıllıqla Şarl Lekler, Luis Hemilton, Maks Festappen, Pyer Qasli və Karlos Saynz mövqeləndi.

Nurlan Tahirli

Leave a Reply