Avropa Formula 1 Grand-prix kimi tanınan yarış “FIA Formula One World Championship™” təqvimində olan digər marşrutlara rəqib ola biləcək Bakı küçələri ilə, orta əsrlərdən miras qalan İçərişəhərin, müasir göydələnlərin və Xəzər dənizinin möhtəşəm mənzərəsi fonunda baş tutdu.Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkə ictimaiyyətinə böyük məmnuniyyətlə bildirir ki, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində keçirilmiş növbəti Formula 1 yarış həftə sonuna – 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün yarış məkanına böyükdən kiçiyə 71 min 541 azarkeş gəlib.Formula 1-in ən yeni məkanı olan Bakı Şəhər Halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu il keçirilmiş Azərbaycan Qran Prisinə 30 % daha çox tamaşaçı qatılıb. Bundan əlavə, bu il yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən 2 dəfə çox avtoidman azarkeşi gəlib. Ümumilikdə 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışına şahid olublar. Xaricdən gələn Formula 1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib.

Leave a Reply