Gərgin iş günündən sonra yoluxma riski ilə üz-üzə olan həkimlərimiz! Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası kovid xəstəliyinin erkən aşkarlanmsında fəal iştirak edir Pandemiya elan edildiyi dövrdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında müasir Real vaxtlı PZR laboratoriya qurulub. Aprel ayından etibarən fəaliyyət göstərən PZR laboratoriyada gömrükçülərə və Hospitalda müalicə alan koronaviruslu xəstələrə ödənişsiz kovid testləri götürülür. Laboratoriya Dövlət Gömrük Komitəsi Real vaxtlı Bio-Rad CFX96 Touch cihazı, müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı və lazım olan bütün testlərlə təchiz edilib. MagNA Pure 24 Roche ekstraktor cihazı 1 saat ərzində 24 nümunə əldə etməyə imkan verir. Eyni zamanda, burada olan sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir. PZR laboratoriyada indiyənə qədər 4000-ə yaxın test həyata keçirib. Ölkəmizin kritik dövründə Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Hospitala bütün koronaviruslu xəstələr TƏBİB tərəfindən göndərilir. PZR laboratoriyada kovid nümunələrinin götürülməsi və analizlərin edilməsi prosesini nümayiş etdirlər.

Foto: Famil Mahmudbəyli

 

Leave a Reply