Bakı Küçə Fotoqrafiyası Festivalı sizi “Fotoqrafiyanın baniləri: Canlı tarix” mövzusunda müzakirəyə qatılmağa dəvət edir. Müzakirəni fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu keçirəcək.

Qonağımız – fotoqrafiya sənətinin bəşəriyyətin həyatında oynadığı müstəsna və mühüm rolundan bəhs edəcək, sizi Azərbaycan Fotoqraflar Birliyinin arxivində saxlanılan nadir fotomateriallar ilə tanış edəcək.

Biz fotoqrafiya sənətinin ilk günlərindən bu günün eksperimental cərəyanlarına qədər keçdiyi inkişaf yolunu birgə izləyəcəyik.

Tarix: 14 May 2021
Saat: 17:00
Platforma: Zoom
Dil: Azərbaycan
Qeydiyyat: https://az.bakustreetphoto.az/…/talk-by-mirnaib-hasanoghlu

 

Leave a Reply