XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi martın 9-da ilk dəfə olaraq məktəblərarası “Bu bizik” adlı foto müsabiqə elan etmişdir. Müsabiqəyə 4 nominasiyalar üzrə 168 foto təqdim olunmuşdur.

Azərbaycan Fotoqrafları Birliyinin bədii işlər üzrə sədr müavini Rauf Umud və Rüslan Məmmədov hər nominasiya üzrə iki qalib seçdi.

Mənim müəllimim – Mirkişili Aygün, “21 əsr”BTİM, Qurbanova Fidan 132-134 saylı ümumtəhsil kompleksi

Tənəffüs – Kərimli Şükran 132-134 saylı ümumtəhsil kompleksi və Sədirli Ağaəli İsmayıllı şəhəri 1 saylı orta məktəb

Məktəb dostlarım – Hənifəyeva Ləman , bakı Avropa liseyi və Həşimzadə Aysel, H.Əliyev adına müasir təhsil komleksi

Məktəb həyatı – Mehdiyev Cavid, 167 saylı orta məktəb və Aslanova Aydan, “21 əsr”BTİM

Feysbuk şəbəkəsi – ən çox səs verməyə görə Mehdiyev Cavid, 167 saylı orta məktəb İki nəfər maskarad.az tərəfindən professional studiyada ustad dərsi və çəkil üçün sertifikat təqdim edildi.AFB tərəfindən təsis edilmiş   xüsusi mükafatı – Qrand prix – müsabiqənin ən gənc iştirakçısı ikinci sinif şagirdi Aydan Aslanovaya təqdim olundu.Tədbirdə mərkəzin direktoru L. Kərimli, AFB sədri M. Həsənoğlu, müsabiqənin rəsmi sponsorlar Ultra Technologies,  Sweet Day və maskarad.az rəhbələri çıxış edərək məktəb həyatını maraqlı fotolarda əks etdirən iştirakçılara təşəkkürlərini bildirdilər və gələcəkdə də müsabiqənin davamlı olacağını bildirdilər.

Leave a Reply