Vətən müharibəsi başlayandan Bayrağımız ürəyimizdə, gözlərimizdə, əllərimizdədir.

Səngərlərdən döyüşə gedənlər, düşmən bombaladığı ərazilərdə bayrağımız bizə ruh verdi. Qələbəmizə sevinəndə də Bayrağımız qürur verdi bizə.

Fotomüsabiqəyə təqdim olunan fotolarda bayrağın insanlara bəxş etdiyi sevinc və yaşadığı hisslər əks olunmalıdır. Foto aparatla çəkilmiş fotoların uzun tərəfi 1500 px olmaq şərtilə, JPEG formatında olmalıdır. Hər bir fotoqraf müsabiqəyə 3 foto təqdim edə bilər. Hər bir müəllif adı, soyadı, telefon nömrəsi qeyd etməlidir.

Mobiloqrafiyaya bölməsi üzrə mobil telefon ilə çəkilmiş fotolar da qəbul olunur. Hər bir iştirakçı 1 foto təqdim edə bilər. Göndərilən fotoların Mobiloqrafiya kateqoriyasına aid olunması və müəllifin adı, soyadı qeyd edilməlidir. Mobil telefon ilə çəkilmiş fotolar Mobiloqrafiya bölməsində qiymət veriləcək və qaliblər elan olunacaq.

Qaliblər münsiflər heyəti tərəfdən seciləcək. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz.

Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), Fotolarda əks olunmuş insanların razılığı fotoqrafın üzərinə düşür. Fotolar afbmus2020@gmail.com  email ünvanına qəbul olunur.

Vətən müharibəsi dövründə çəkilmiş fotolar qəbul olunur. Fotolar 1 dekabr tarixinə kimi qəbul olunur. Qaliblər 10 dekabr günü elan olunacaq.

Müəllif hüquqları qorunmaq şərti ilə fotoların yalnız təbliği məqsədi ilə istifadə edilməsi müəllif ilə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq.

Foto müsabiqənin qaliblərinə diplom, Vətən müharibəsi iştirakcıları və qaziləri tərəfindən xüsusi bayraqlar hədiyyə olunacaq.

Foto müsabiqə Azərbaycan Fotoqrafları Birliyi və Gənclərin Töhfəsi

İctimayi Birliyi tərəfindən təşkil olunur.

Leave a Reply