20 noyabr 1998- ci il Azərbaycan Fotoqrafları Birliyinin rəsmi qeydiyyat günüdür. 20 il əvvəl hər bir fotoqrafın arzusu çin olmuşdu. Digər yaradıcı birliklər kimi fotoqraflar birliyi də Azərbaycan foto sənətində iz qoymuş, artıq tarixə çevrilmiş istər azərbaycanlı, istərsə də digər millətlərin Respublikamıza, burada cərəyan edən dəyişiklərə marağı tarixi fotoya köçürməklə əsr yarım bir dövrü əhatə etmişdir.
Təsadüfi deyildir ki, ilk foto birlik hələ 1894-cü ildə yaranması aktual olmuş, zamanın fotoqrafiya ilə məşğul olanları bir araya toplamışdir. Sovet dövründə isə hər respublikada yaradıcı foto klublar fəaliyət göstərmişdir. Sovet dövründə Kino və foto işçiləri həmkarlar ittifaqı, 1970-90-cı illərdə “Xəzər” fotoklubu fəaliyyət göstərmişdir. Yaxın kecmişdə Azad fotojurnalistlər Birliyi, Yaradıcı gənclər klubu, 25 kadr jurnalı qısa bir zamanda fəaliyyət göstərmişlər.
Bu gün də AFB həm Azərbaycan foto tarixinin qorunmasına, həm də yeni nəslin yetişməsi üçün əlindən gələni etməyə çalışır. İyirmi il ərzində birlik neçə neçə fotoqrafları bir araya gətirməklə, bir neçə fotofestival, yüzə yaxın foto sərgi , seminarlar, ustad dərsləri keçirmiş, memarandumlara imza atmış, Azərbaycan adından xaricdə təmsil olunmuş, Türksoy və digər qrumlarla yaxından əlaqə yaradıb əməkdaşlıq etmişdir. Şərq əməkdaşlığı çərçivəsində, üç ilə yaxın birgə layihənin portnyorlarından biri olmuş, onlayn fotoməktəbdə təmsil olmuşdur. Azərbaycan foto tarixinin xaricdə tanınması, hətta Yaxın Doğu Universitetində foto tariximiz jurnalistika və gözəl sənətlər kafedrasında dərs proqramına əlavə olmuşdur. AFB-nin “Aylıq “ müsabiqəsində altı yüzə yaxın fotoqraflar iştirak etmişdir.
AFB ilə birgə bu gün də yeni foto qrumlar yaranır və fəaliyət göstərir. Bu fotoqrafiya sənətinə olan maraqdan doğur və sənət namiə işlər görülür.
Bu illər ərzində bizə daima mətbuatdan gələn dəstəyə görə bütün mətbuat təşkilatlarına, agentliklərə, radio və Tele kanalara minətdarlıqımızı bildirik. 20 il ərzində fotoqraflar haqda yazılan məqalələr, yayımlanan xəbərlər, çəkilən filimlər və verlişlər Azərbaycan fotoqrafiyasının tarixinin səhvələridir.
Təbii ki, bütün bu sadalananlar kollektiv əməyin bəhrəsidir. AFB fəaliyyətinə rəng qatmış yaradıcı insanlara, nazirliklərə, həm maddi, həm də mənəvi dəstək olmuş şirkətlərə təşəkkür edir, onlara işlərində müvəffəqiyyətlər arzu edirik.
Əziz həmkarlar, Sizin hamınızı səmimi qəlbdən təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.
Hörmətlə: AFB idarə heyəti.

Leave a Reply