“Azərbaycan ailəsi – 2019” film festivalı çərçivəsində keçirilən
“Həyatdan şəkilə” adlı foto müsabiqənin
ƏSASNAMƏSİ
Bakı-2019
Ümumi müddəalar:
“Həyatdan şəkilə” adlı foto müsabiqə “Azərbaycan ailəsi” film festivalı çərçivəsində keçirilir.
Bu əsasnamə “Həyatdan şəkilə” müsabiqəsinin keçirilməsinin şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydalarını müəyyən edir.
Müsabiqənin məqsədi:
müasir dövrdə ailələrin milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının təbliği;
foto vasitəsilə nümunəvi ailələrin adət-ənənələrinin ictimaiyyətə təqdimi;
gənclər və yeniyetmələr arasında ailə dəyərlərinin təbliği;
gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması və bədii zövqün inkişaf etdirilməsi.
Müsabiqənin təşkilatçıları:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Heydər Əliyev Fondu
BMT-nin Əhali Fondu
Müsabiqənin iştirakçıları:
orta, peşə məktəblərinin və ali təhsil müəssisələrinin şagird və tələbələri;
xarici ölkə təmsilçiləri;
uşaq və gənclərdən ibarət ictimai təşkilatların üzvləri;
müstəqil yeniyetmə və gənc fotoqraflar;
professional fotoqraflar.
Festivalda yaş məhdudiyyəti yoxdur.
- Müsabiqəyə təqdim edilən işlərin mövzuları:
Azərbaycan xalqının milli-mənəvi, ümumbəşəri dəyərləri, adət-ənənələri;
Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi;
Ailə mədəniyyətinin təbliği;
Gənclərin yaşlı nəslə ehtiram və hörməti;
Uşaq baxımsızlığı;
Sağlam həyat tərzi, ziyanlı vərdişlərin yaratdığı fəsadlar;
Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası;
Milli azlıqları təmsil edən ailələr: adət-ənənələr, ailə münasibətləri;
Nümunəvi ailələrin təbliği;
Ailədaxili münasibətlərin uşaqların təhsilinə, davranışına, psixoloji durumuna təsiri;
Övladını tək böyüdən nümunəvi valideyn.
Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilmə meyarları:
müsabiqənin məqsədinə uyğunluğu;
kompozisiyanın orijinallığı;
keyfiyyəti.
Müsabiqənin nominasiyaları:
“Ən yaxşı fotoşəkil”
Müsabiqənin mükafatları:
Ödül
Diplom
Qiymətli hədiyyə
Əsas nominasiyalardan əlavə digər seçilmiş iştirakçılar dövlət qurumları tərəfindən həvəsləndirici mükafatlarla təltif olunur.
- Müsabiqənin yekunu və mükafatlandırma qaydaları:
Müsabiqəyə təqdim olunan işlər ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Festivala təqdim olunan işlər həmçinin, sosial şəbəkə istifadəçiləri tərəfindən qiymətləndirilir.
Festivalın sonunda iştirakçıların təqdim etdiyi işlərdən ibarət kataloq çap edilir və mükafatlandırma mərasimində iştirakçıların müsabiqə işlərinin fotosərgisi təşkil edilir.
Müsabiqədə iştirak etmək üçün iştirakçılar təşkilat Komitəsinə mart ayının 1-dən oktyabr ayının 1-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
Doldurmuş Anket (çap və ya elektron formatda)
Müsabiqədə iştirak edən foto şəkil (son 5 il ərzində çəkilmiş)
– ölçü: 20 x 30 sm
– sayı: 1 – 5 ədəd;
Şəkillərin elektron forması 800 – 1500 px formatda təşkil olunmalıdır və JPEG ,TİFF və ya RAW formatlarda təqdim edilə bilər.
- Təşkilat Komitəsi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən formalaşır.
Təşkilat Komitəsi tərəfindən:
Müsabiqədə iştirak üçün anket, fotoşəkillər paketi qəbul edilir, müsabiqəyə uyğun qiymətləndirilir və münsiflər heyətinə təqdim edilir.
Münsiflər heyətinin qərarına uyğun müsabiqənin gedişi təşkil edilir.
Müsabiqəyə təqdim olunan işlər maarifləndirmə məqsədi ilə müəllifin adının göstərilməsi şərti ilə təmənnasız istifadə edilə bilər.
Təşkilat komitəsi müsabiqəyə təqdim olunan foto şəkillərdən istifadə zamanı şəkildə əks olunan insanların şikayətinə görə məsuliyyət daşımır.
Təqdim olunan işlər müəllifə qaytarılmır.
Əlavə şərtlər
Festivala təqdim olunmuş şəkillərə görə təşkilat komitəsi heç bir məsuliyyət daşımır.
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 80, Hökumət Evi, 4-cü qapı,
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Əlaqə telefonları: (012) 493-79-62
Fotoşəkillərin elektron formada qəbulu üçün ünvan: